2018’də Ən Çox Oxunan 15 Kitab: Türkiyə

Yaxşısı ilə, pisi ilə bir ili daha geridə qoyduq. Oxuduq, izlədik, bölüşdük, sevdik, bəzən işlər istədyimiz kimi getmədi və məyus olduq. Ancaq, nəticədə bütün bunlardan bir təcrübə əldə etmiş olduq. Ömrünün bu bir ilini səmərəli və faydalı  dəyərləndirən də oldu, tam əksini edən də.

Bugün isə sizə bu bir ili kitablarla dəyərləndirənlərdən söz açmaq istəyirəm. Baxaq görək 2018-ci ildə Türkiyə’də oxucular ən çox hansı kitabları oxumağa üstünlük veriblər?

1. Gazi Mustafa Kemal Atatürk- İlber Ortaylı

ilber-ortayli-660x330

İber Ortaylı kimi Türkiyə’nin yaşayan böyük Türk Tarixi Profesoru tərəfindən Gazi Mustafa Kemal Atatürk kitabının yazılması gözlənilən idi. Kitab, çox zəngin və dəyərli fikirlərlə qələmə alınmışdır. Büyük tarixçinin bu yaşına qədər əldə etdiyi təcrübələr ilə qarşılıqlı oxuma taktikasından istfadə edərək kitabı olduqca sadə bir dildə yazdığını  bildirməkdə fayda var.

Yazıçının Gazi Mustafa Kemal Atatürk kitabını nəvəsi və bütün gənclərə həsr etdiyini də vurğulaması, onu hər Türk gəncinin oxuması vacib kitablardan biri halına çevirmişdir. Kutab, 2018-ci ilə girdikdən sonra Ən Çox Satılanlar sırasında yer almışdır.

2. Olağanüstü Bir Gece – Stefan Zweig

Processed with VSCO with m5 preset

Psixoloji janrda olan Olağanüstü Bir Gece, oxucuların əksəriyyəti tərəfindən bəyənilmişdir. Kitabda hadisələrin gedişatının ağır olmasından şikayətlənən də var, Stefan Zweig keyfiyyətində bir kitabdır deyən də. Səhifə sayını nəzərə aldığımız zaman, sırf yazıçı üçün belə alıb oxuyaraq təhlil edilə biləcək bir kitab olduğunu düşünürəm.

3. Fahrenheit 451 – Ray Bradbury

fahrenheit451

Keçən ilin ən çox oxunan bir digər kitabı da Fahrenheit 451 oldu. Demək olar ki, Ən Çox Satılanlar siyahısından heç çıxmadı. Elmi Fantastika sevənlərin dilindən düşürmədiyi bir çoxumuza məlumdur artıq. Çox xoş olan minimalistik dizaynı ilə İthaki nəşriyyatında nəşr olunmuş bu kitab, bir çox tərəfi ilə məndə də maraq oyadıb.

Kitab, uzaq bir gələcəkdə artıq kitabların oxunmadığı, yanğınsöndürənlərin vəzifələrinin bütün evlərin yanmaz bir örtük ilə örtülməsi nəticəsində dəyişdiyi bir zamanı nəql edir. Bu gələcək zamanda yanğınsöndürənlər artıq kitabları yandırmaqla vəzifələndiriliblər. Artıq yanğınsöndürənlərin xortumlarından su yerinə qaz yağı püskürdülür. Yanğınsöndürmə mərkəzində isə hansı kitabların qadağan olduğuna dair bir siyahı var.

4. 1984 – George Orwell

İngilizce-Kitap-tanıtımı-1984-.3

“İnsan, ardında tək bir iz belə, bir kağız parçasına qaralanmış tək bir adsız kəlmə belə qoymadıqdan sonra, gələcəyə necə səslənə bilərdi?”

Oxumamış olanların belə mütləq haradasa eşitdiyi, gördüyü George Orwell’ın bu məşhur distopya kitabı, bu il də ən çox oxunanlar arasında yer aldı.

5. Ustalık Gerektiren Kafaya Takmama Sanatı – Mark Manson

y_4792

“Bu kitab sizə necə daha çox qazanacağınızı, necə daha uğurlu olacağınızı öyrətməyəcək, əksinə, ipin ucunu buraxmağı öyrədəcək.”

Yazıçı Mark Manson’un bestseller olmuş kitabı, The Subtle Art of Not Giving a Fuck (Ustalık Gerektiren Kafaya Takmama Sanatı), gərəyindən artıq düşünmək xəstəliyindən əziyyət çəkən insanlara dərman kimi gələn bir kitab olduğu deyilir.

Kitabı oxucuları arasında kitabı çox gözəl və məntiqli hesab edən də var, boş hesab edən də. Bəziləri kitabın, içində çox təkrara getdiyini söyləyərkən, bəziləri də “həyata baxış bucağımı əks etdirir” kimi şərlhər veriblər.

6. Fareler ve İnsanlar – John Steinbeck

c29bc8fca7e93af0cf66192cb6c4094a

Fareler ve İnsanlar, bir-birine əks xarakterdəki iki mövsümlük tarla işçisinin, ağıllı George Milton və onun güclü, qüvvəli, amma əqli pozuntusu olan yoldaşı Lennie Small’un hekayəsini anladır. Kiçik bir torpaq sahəsi satın alıb insanca bir həyat yaşamağın xəyalını quran bu cütlüyün hekayəsində, dostluq ve həmrəylik duyğusu önəmli bir yer tutar. Steinbeck, insanın insanla müasibətini anladmaqla qalmayıb, insanın təbiətlə və toplumla qurduğu münasibətlərə də yer verər bu möhtəşəm romanında.

7. Hayvan Çiftliği – George Orwell

hayvanciftligi1

Bəzi kitablar var, o qədər axıcı və təəcüblü bir dilə sahibdir ki, onsuz da qısa olan kitabı bir nəfəsə oxuyub bititrərsiniz. Amma yazılanlar oxuyucunu o qədər sarsar ki, uzun müddət təsirindən qurtula bilməzsiniz. Bax, George Orwell’ın Hayvan Çiftliği əsəri tam mənasıyla belə bir kitabdır. Bu kitab, dilimizə Heyvanıstan olaraq tərcümə edilib.

100 səhifə belə olmayan bu kitabda yazılan distopiyanın gerçəklərlə əlaqəsi elə vurucudur ki, oxucu özünü dərin sorğulamalar içində tapır.

8. Hayvanlardan Tanrılara Sapiens- Yuval Noah Hararı

sapiens-min-660x336

2017-ci ildə ədəbiyyat dünyasına bir asteroid kimi düşən bu bənzərsiz əsərin məzmunu narahat edici ölçüdə mövzular ehtiva etməkə birlikdə, bir nəfəsdə oxunacaq ən dəyərli kitablar arasında yer alır. 2018-ci il etibarı ilə hələ də çox oxunan bir kitab olması, deyəsən, təsadüfi deyil.

Harari, Hayvanlardan Tanrılara Sapiens kitabı ilə insan nəslinin dünyada necə hegomon olduğunu bizlərə nəql edir. Sapiens, insan nəsli üçün böyük əhəmiyyətə sahib olan və 70 min il öncə gerçəkləşən “İnqilab”la başlayır.

Yazıçı, elmi terminlərlə çox sıxmayan, asan oxunula bilən bir üslub ilə “insan növü haradan ortaya çıxdı, necə təkamül etdi, yayıldı, nələri dəyişdirdi?” kimi mövzulara qədər uzanan bir əsər təqdim edir bizlərə.

9. Leyla ile Mecnun – Burak Aksak

page_leyla-ile-mecnunun-senaristi-burak-aksak-dizi-dusundugum-gibi-bitmedi-kitapta-o-finali-yaptim_668984518

Bir dönəm TV dünyasının ən səs gətirən seriallarından olan Leyla ile Mecnun, Türkiyə tarixinin ən yaxşı ssenarili serialı olmağa haq qazanmış serialıdır. Serialın sevənlərini bu dəfə daha fərqli bir hekayənin gözlədiyi bu kitab, 2018də ən çox oxunanlar arasında özünə yer etdi.

10. Şeker Portakalı- Jose Mauro de Vasconcelos

şeker-portakalı

Zamanı gəldikdə acını kəşf edən kiçik Zeze’nin acı dolu yaşamına və onun ən yaxşı dostuna şahid olmağa hazırsınızmı? Bütün dünyada ən çox oxunan və satılan kitablar arasında yer alan Şeker Portakalı, 2018-ci il  etibari ilə eyni coşğu ilə oxunan kitablar arasında yer aldı.

11. Göçüp Gidenler Koleksiyoncusu – Şermin Yaşar

5be58961ae784924e8419bf6

Göçüp Gidenler Koleksiyoncusu, Şermin Yaşar’ın 18 hekayədən ibarət kitabıdır. Yazıçı, həyatın fərqli sahələrini mövzu edərək duyğulara toxunan hekayələr qələmə almışdır. Hekayələrdə; dostluq, məhəbbət, ölüm, uğur ve həvəslərdən bəhs edilir.

12. Cesur Yeni Dünya – Aldous Huxley

cesur-yeni-dunya

Heç düşündünüzmü, 500 il sonra Dünya necə bir yer olacaq, insanlar necə bir sistemlə idarə ediləcək və yaşayacaq? Bildiyimiz dünya sistemi bir şəkildə dağılar və yeni bir dünya sistemi qurular. Bu yeni dünya misallarına distopya deyirik. Bu kitab da efsanəvi bir distopyadır. Və ən əsası, kitabın 1932-ci ildə yazıldığına inana bilmir insan!

13. İçimizdeki Şeytan – Sabahattin Ali

icimizdekswytan

Bir oxucunun bu kitab haqqında, “kitabı bitirər bitirməz Franz Kafka’nın “Əgər oxuduğumuz bir kitab bizi başımıza vurulan bir zərbə kimi sarsmırsa, niyə oxumağa zəhmət çəkək ki?” sözü gəldi ağlıma.” dediyini gördüm. Gerisini siz düşünün.

“Bəzən bütün insanları boyunlarına sarılıb öpəcək qədər sevirəm, bəzən də heç birinin üzünü görgörmək  istəmirəm. Bu, nifrət filan deyil.. İnsanlardan nifrət etməyi düşünmədim belə. Sadəcə, bir yalnızlıq ehtiyacı.”

14. Bilinmeyen Bir Kadının Mektubu – Stefan Zweig

Bilinmeyen-Bir-Kadının-Mektubu-Kitap-Özeti-768x576

Kitab bitdiyi zaman durub və bir neçə saniyə eləcə qalcaqsınız… Sonra bu sualı scerəcəksiniz özünüzə: “Sevmek doğrudan da ağzımızdan çıxan bir – iki kəlmdənmi ibarətdir, yoxsa bundan daha artıqdır?”

15. Harry Potter Seti – J.K.Rowling

edaf28dbd434e530e473901f376196f1

Toplamda 7 hissədən ibarət olan bu kitab, uşaqlığımdan bu yana həzz alaraq, tekrar oxumaqdan, izləməkdən heçmi heç sıxılmadığım əsərdir. Sanki kitab deyil, bir yerdə var olan həyatın hekayə şəklində əks olunması kimi təsir bağışlayır bəzən.

Düşünün, sehr bacarığı olan sehrbaz ve cadugərlərin, aramızda bambaşqa dünyası olan; öz məktələri (Hogwarts), nazirlikləri (Sehr Nazirliyi), öz fantastik canavarları olan (Aragog), öz turnirləri olan (Üç Sehrbaz Turniri), öz nağılları olan (Ölüm Yadigarları), özünəməxsus idman müsabiqələri (Quidditch) olan bir dünya… bizim dünyamız içində.

Beləliklə sizlərə 2018-ci ildə Türkiyə’də ən çox oxunmuş 15 kitabın siyahısını təqdim etdik. Ümid edirəm, buradakı kitablar bir çoxunuz üçün ilham mənbəyi olar. Xoş mütaliələr! 🙂

Bəs siz, bu kitablardan hansıları oxumusunuz?

Instagram: mesyoeljan

Facebook (səhifə): Mesyo Eljan

Facebook (profil)Eljan Gajiev

Youtube: Eljan Gajiev

3 thoughts on “2018’də Ən Çox Oxunan 15 Kitab: Türkiyə

Add yours

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a website or blog at WordPress.com

Yuxarı ↑