Elon Musk’ın Ən Çox Təsirləndiyi 11 Kitab

cb35f2989ae2ac53d42991911d17ef3179e6c060

Son zamanlar atdığı addımlar və irəli sürdüyü cəsarətli fikirləri ilə insanların diqqətini cəlb etmiş, Tesla Motors, Paypal, SpaceX  kimi nəhəng şirkətlərin qurucusu və ortaqlarından olan Elon Musk, nail oldğu bir çox uğurun arxasında cəsarət və geniş xəyal gücü olduğunu söyləyir. Bütün bunları isə oxuduğu kitablara borclu olduğunu deyir. O, uşaqlıq illərini keçirdiyi Afrika’da bir çox şeydən uzaq ikən, öz zamanını kitablarla dəyərləndirmişdi. Əsasən də Elmi Fantastik, Fantastik kimi janrlarda oxuduğu bəzi kitablar, Elon Musk’ın gələcəkdəki bir çox ideyasının təməlini yaratmışdı.

İndi isə həmin kitabları sizinlə bölüşürəm. Ümid edirəm, oxuduğunuz bu kitablar sizi daha da irəliyə, ehtiyacımız olan parlaq gələcəyə götürüb çıxarar.

Qeyd: Təəssüf ki, bir çox kitabın hal-hazırda dilimizdə tərcüməsi mövcud olmadığı üçün kitabların adını Türkiyə Türkcəsi ilə qeyd edəcəm.

1. Yüzüklerin Efendisi – J.R.R Tolkien

5e9eh0

İlk kitabımız bir çoxunun filmini izləmiş və ya kitabını oxumuş olduğu, ən pis halda, haqqında ən az bir dəfə eşitmiş olduğu Yüzüklerin Efendisi’dir. Elon Musk’ın bu kitabı bu qədər çox sevməsi və haqqında söz etməsi, bizlərdə onun içindəki “Dünyanı xilas etmək” arzusunun qaynağının bu kitab olduğu düşüncəsi oyadır.

2. Bir Otostopçunun Galaksi Rehberi – Douglas Adams

07ukyc

Bizim sevimli Elon Musk, 12-15 yaşında olarkən, bizim də yalnızlıqdan zaman-zaman hiss etdiyimiz mövcudluq böhranına düşür. Həyatın məqsədini və dəyərini sorğuladığı bu dövrlərdə Nietzsche’dən Schopenhauer’a qədər bir çox düşüncə insanını oxuyur, araşdırır. Ancaq, bu da içinə düşdüyü sıxıntıdan onu xilas etməyə kömək olmur.
Ardından Douglas Adams’ın yazdığı bu kitab, onun üçün böyük bir rəhbər olur. Daha sonra verdiyi bir interviyuda da bu kitabdan məsləhətlərə yer verir və davamında deyir: “Əgər pronlemi düzgün bir şəkildə ifadə edə bilirsinizsə, o zaman cavab asanlıqla gələcək.”

3. Benjamin Franklin: An American Life

s8mvh5

Benjamin Franklin’in həyatını araşdırdığınız zaman yoxdan var edilən bir həyat, təkmilləşdirmənin təməllərini atmış bir insan görərsiniz. Bu sizə birini xatırlatdımı? Elə buna görə də bu kitab Elon Musk’ın təsirləndiyi kitablardan biridir. Ancaq, təəssüf ki, bu kitabın dilimizdə tərcüməsi yoxdur.

4. Einstein: His Life and Universe

96fl5v

Əvvəl bu kitabın da tərcüməsi yox idi, amma artıq satışdadır!
Elon Musk’ın verdiyi bir interviyuda dediyinə görə, Einsten və Franklin kimi şəxslərdən gördüyü kimi, bir ixtiraçı, zəka və ehtirası ilə birlikdə dünyanın taleyini asanlıqla dəyişdirə bilər. Sizcə də Elon Musk hal-hazırda tam olaraq bunu etmirmi?

5. Structures : Or Why Things Don’t Fall Down -J.E. Gordon

yos1hh

Heç bir insanın məlumata, biliyə ana bətnindəykən sahib olmadığı kimi, Elon Musk da dünyaya belə gəlməmişdi. Həyata keçirməyi düşündüyü şeylər üçün hər zaman məsləhətləşdiyi bir böyük var idi. Bunlar da baş ucunda yerləşən kitablar idi. SpaceX’i başladmağa qərar verdiyi zaman raket elmi haqqında bir şeylər öyrənməli olduğunu da bilirdi. Elə buna görə də bu kitabla məsləhətləşdi. Daha sonra bir interviysunda kitab haqqında “Struktur dizaynı barədə məlumat sahibi olmaq üçün həqiqətən möhtəşəm bir kitabdır.” deyib.

6. ‘Ignition!: An Informal History of Liquid Rocket Propellants’ – John D. Clark

a7v900

Raket elmi haqqında müraciət etdiyi bir digər kitab da “Ignition!”. Bir çox texniki məlumatdan əlavə, siyasət, həyat və bir çox mövzuda məlumata sahib olan bu kitabın da təəssüf ki, tərcüməsi yoxdur. Hətda bir Amerikan üçün belə tapması zor bir kitabdır deyə bilərik.

7. Superintelligence: Paths, Dangers, Strategies -Nick Bostrom

74-600x387

SpaceX, SolarCity ve Tesla kimi son texnoloji məhsullar istehsal edən şirkətlərin başında olmasına baxmayaraq, Elon Musk, süni intellekt mövzusunda təmkinlidir. Atdığı bir twitde bunu “Süni intellekt mövzusunda çox diqqətli olmalıyıq, çünki,  potensial olaraq nüvə silahlarından çok daha təhlükəli ola bilər.” şəklində açıqlama etmişdi. Səbəbini öyrənmək üçün də Nick Bostrom’ın bu kitabını oxuya bilərsiniz. (Bəli, bəli… hələ dilimizə tərcümə edilmədi…)

8. Sıfırdan Bire: Startuplar Üzerine Notlar ya da Geleceği İnşa Etmenin Yolları -Peter Thiel

84-600x387

Elon Musk X.com’u qurduğu zaman Confinity (Daha sonra X.com ile birleşip PayPal oldu.) ilə birbaşa rəqabət içində idi. Confinity’nin qurucusu olan Peter Thiel də Elon Musk’ın düşüncələrini təsdiqlədiyi bir şəxs idi. Ki bu da ortaqlıqlarının başlamasında təsir edən amillərdən biri oldu. Peter Thiel’ın bu kitabı da Elon Musk’a təsir edən kitablardan biridir.

9. Vakıf -Isaac Asimov

gesd2f

Musk’ın kosmos texnologiyasına olan marağını oxuduğu elmi fantastika romanları ilə əlaqələndirə bilərik. The Guardian’a 2013’də verdiyi bir interviyuda Asimov’un galaktik imperatorluğun çöküşünə fokuslanan “Vakıf” adlı romanının bir xeyli təsirində qaldığını söyləyir.

10. Ay Zalim Bir Sevgilidir (Robert A. Heinlein)

ia2k0e

Orjinal olaraq 1966’da nəşr edilən bu mükafat qazanmış elmi fantastika romanı, gələcəkdə çox da uzaq olmayan bir distopyanı rəsm edir. Tam Elon Musk’ın xəyal gücünə xitab edəcək fantastik və canlı bir dünyaya sahib olan bu kitab sırf buna görə Elon Musk’ın siyahısında yer alır.

11. Our Final Invention -James Barrat

zir80k

Süni İntellekt’in insanlığa verə biləcəyi zərərlərdən olduqca narahat olan Elon Musk, Süniz İntellekt mövzusunu tərəfsiz bir şəkildə ələ aldığı üçün bu kitabı çox sevir. Kitabda siz, Süni İntellekt’in gətirə biləcəyi müsbət və mənfi tərəfləri oxuya bilərsiniz.

BONUS : Elon Musk – Tesla SpaceX ve Muhteşem Geleceğin Peşinde – Ashlee Vance

153-600x387

Elon Musk’ın oxuduğu, təsirlənib gələcəyə dair hədəflər qoyduğu kitabların siyahısını sizinlə bölüşdüm.  Kitabların bir hissəsini Azərbaycan və Gürcüstan kimi ölkələrdə tapmaqdaçətinlik çəkə bilərsiniz deyə ən azından yaşadığınız ölkədə asanlıqla əldə edə biləcəyiniz bu kitabı da tövsiyyə edim dedim. Ashlee Vance tərəfindən yazılan bu kitab Elon Musk’ın həyat hekayəsindən bəhs edir.

Bir sonrakı yazımda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.

Mənbə: 1 və 2

Instagram: mesyoeljan

Facebook (səhifə): Mesyo Eljan

Facebook (profil)Eljan Gajiev

Youtube: Eljan Gajiev

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a website or blog at WordPress.com

Yuxarı ↑