Mesyo Eljan Kimdir?

Processed with VSCO with m5 preset

Haqqımda

Paylaşımlarımı izləyən dostlarımın son zamanlarda ən çox soruşduğu suallardan biri də kim olduğumla bağlı idi. Çox mesaj gəldikdə, xeyli vaxtdır heç özümdən danışmadığımın fərqinə vardım. Mesyo Eljan kimdir, nədir, nə deyildir? – birlikdə görək. Əlavə etmək istədiyi bir şeyləri olan varsa, onları da mənə ünvanlaya bilərsiniz.

Kiməm?

 

Mən Elcan. İndiyə qədər təxmini 9,349 gün doğumu gördüm. Yəni, bizim qurşağa böldüyümüz zamana görə 26 yaşında oluram. Yaşın sadəcə illuziya olduğunu düşünənlərdənəm. Bir çox dostumun konkret məlumat istədiyini bildiyim üçün əslində nə mənə, nə də böyük ehtimalla başqasına bir məna ifadə etməyən bir-iki şeydən daha söz etməliyəm, deyəsən. 12 May, 1998’də Gürcüstan, Gardabani’də dünyaya göz açdım. Hə, bürcüm Buğa’dır.

Doğum yerim sizi yanıltmasın. Həyatımın 18 ili Nəzərli (international – Nazarlo) adını verdiyimiz səssiz, sakit, təbiəti göz oxşayan, standartlardan uzaq bir kənddə keçdi. Standartlardan uzaq deyirəm, çünki, tamamilə uydururam. Adının Nəzərli olmasına ilişib qalmayın, heç bir lənəti, nəzəri yoxdur öz tarixcəsində. Orta məktəbi, hazırlıqları, məşğələləri burada bitirdim. Universitet təhsilimə Tbilisi Dövlət Universiteti’nin Tibb fakultəsinə tam təqaüdlə başladım. Oxuduğum fakultənin tibb olması, ailədəki və yaxın ətrafdakı gözləntilərin artmasına səbəb oldu. Gün keçdikcə bu məsum universitet tələbəsinin önünə hədəflər qoyması da çox gecikmədi təbii.

Niyə Mesyo Eljan?

26 illik ömrüm boyunca adımın soruşulduğu hər anın bir çoxunda adımla bağlı ziddiyyətlə qarşılaşıb güldüm. Ailəmin mənə verdiyi ad-soyadım Elcan Hacıyev‘dir. Gəl gör ki, heç bir rəsmi sənəddə adım bu şəkildə keçmir. Vətəndaşı olduğum Gücüstan Respublikasının dövlət dili Gürcü dili olduğu üçün sənədlərdə adım iki dildə keçir: Gürcücə – ელჯან გაჯიევი (Eljan Gajievi kimi) və İngiliscə – Eljan Gajiev. Sənəddən kənarda, ailə və yaxın əhatəm məni Elcan, gürcü dostlarım isə Eljan ya da qısaca, Jan olaraq çağırırlar. Elə bu səbəbdən çaşqınlığa əsas qalmasın deyə bloqun adını də beynəlxalq adım olan Eljan olaraq qeyd etdim. Adımın yanındakı Mesyo isə çox keçmişdən bir gürcü dostumun mənə olan kiçik bir hədiyyəsidir. 🙂

İş Həyatım

Universitetə başlar-başlamaz şəhərdə nələrin olub bitdiyini, şəhərdəki tələbələrlə kənddəki gənc nəslin məşğuliyyəti arasında nə kimi fərqlər, üstünlüklər var deyə müşahidə etməyə başladım. Bu müddət ərzində bir çox şeyi gözdən keçirdim. Müşahidələrim məni Düşünən Vətəndaş Təhsil Mərkəzi’nə gətirib çıxardı. Və budur, mən artıq bu mərkəzin mükəmməl və səmimi insanları ilə eyni heyətin sıraları arasında yer tutmuşdum. 2016-cı ildə işə başladığım bu mərkəzdə bugün artıq əsas idarıçi heyət üzvündən biriyəm. Fəaliyyətə başladığımız ilk gündən bugünədək bir çox işə, yeniliyə imzamızı atdıq. Hal-hazırda bu təhsil mərkəzində Elm, Texnologiya, İncəsənət kimi bir çox mövzuda konfrans və seminarların təşkili; bu konfrans və seminarların Azərbaycan və Türkiyə Türkcəsinə, eyni zamanda Gürcücəyə tərcüməsi kimi vəzifələri yerinə yetirirəm. Bunlarla yanaşı, mərkəzin media redaktoruyam. Düşünən Vətəndaş‘da olan fəaliyyətlərimlə bağlı geniş bir yazını ayrıca olaraq sizlərlə bölüşəcəm.

5

Create a website or blog at WordPress.com

Yuxarı ↑