Processed with VSCO with m5 preset

Niyə yazır bu?

Oxuduğum kitablar, izlədiyim filmlər və bir çox digər mövzularda apardığım təhlilləri bölüşmək və sosiallaşmaq məqsədilə ilə 2017-ci ilin ortalarında bu bloqu yaratdım. Bu bloqda, oxuduğum bir çox kitabı, məqaləni; izlədiyim bir çox filmi ikinci dəfə tamam fərqli prizmadan gözdən keçirdim, təhlil etdim. Bloqda yazılarım, mənə bir çox dost qazandırıb və qazandırmaqda da davam edir (Bəs sən niyə aramıza qatılmırsan? :)).

Bloqu açmaqda məqsədim

Kitablar, filmlər, incəsənət, texnologiya və bir çox digər mövzularda azərbaycandilli (irəliləyən zamanlarda Türkcə və Gürcücə’yə də tərcümə ediləcək) internet resurslarını inkişaf etdirmək; öyrəndiklərimi, bölüşməyə dəyərli hesab etdiyim məlumatları, araşdırmaları siz dostlarımla paylaşmaq; azərbaycandilli, zəngin resurslu, rəngarəng və faydalı bir bloq ərsəyə gətirmək burada əsas məqsədlərimdən sadəcə biridir.

Create a website or blog at WordPress.com

Yuxarı ↑