Kişilər, Porno Həyatınızı Məhv Edəcək

Bəylər, gəlin açıq danışaq, adicə orta məktəbdə İnsan kitabında müəllimlərin "Çoxalma" dərsini izah etmədən növbəti dərsə keçdiyi, cinsəlliyib ayıblandığı bir coğrafiyada yaşadığımız üçün aşağı-yuxarı hamınız cinsəlliyi pornolardan tanımağa başladınız. Elə öz ayağınıza gülləni də ilk burada sıxdınız...

Aldım Əlimə Klaviaturamı Yazıram, Bəs Necə Yazmalı?

Hər insanın həyatında, şüurunda olsun və ya olmasın, bu və ya digər sahədə özünü gələcəkdə yaşadacaq bir cəhdi mütləq bir şəkildə olur. Musiqiçilər yaratdıqları musiqilərdə, rəssamlar rəsmlərində, memarlar tikililərdə, müəllimlər yetişdirdikləri nəsillərdə, kimi insanlar da bəlkə əkdikləri ağaclarda varlıqlarını davam etdirəcəklər. Yazmaq, ölümə meydan oxumağın, gələcəkdə yaşamağın, "dünyaya və gələcəyə paz çalmağın" və bəlkə də... Continue Reading →

Kitab: David Eagleman-Beyin

Neyrologiya və psixologiyaya marağınmı var? O zaman tam yerinə gəlmisən, dostum! Bu kitabı oxumağını şiddətlə tövsiyyə edirəm. Yazıçımız, beynin sərhədsiz həcmini və özünün də aparmış olduğu araşdırmaları hər tərəfli ələ alır bu kitabda. Eagleman, -mən kiməm?-gerçəklik nədir? -idarə kimdədir? -necə qərar verirəm? -sizə ehtiyacım varmı? başlıqları altında, günümüzdəki texnologiya, biyotexnologiya və neyroelmin "evliliyini", aparılan və... Continue Reading →

Alzheimer Xəstəsi Olmamaq Üçün Atılmalı 7 Addım

Çekilin, ben doktorum! - könül istərdi ki, uzun bir aradan sonra yeni yazıma bu cümlə ilə başlayım, ancaq deyəsən bunun üçün hələ bir neçə il daha gözləməli olacam. Bu Tibb fakültəsi bitmir ki, bitmir əşi! Dövrümüzün amansız düşməni adlandıra biləcəyimiz xəstəliklərdən biri də Demensiya (ağılsızlıq) növlərindən biri olan Alzheimer'dır. Ailəsində və ya yaxınlarında belə bir... Continue Reading →

Eqo Dostdur, Yoxsa Düşmən?

Eqo, çox olmadığı təqdirdə yararımıza işləyən, hətta çox yerdə streslə mübarizə aparmağımıza kömək edən, normasında olması gərəkən bir şey olaraq təsvir edə bilərik əslində. Təbii ki, sizlər də bunun artığının nə kimi şeylərə yol aça biləcəyini bilirsiniz - ən başda kibir olmaqla(məsələn,Hitler öz eqosu və özünün məğlub olacağını həzm edə bilmədiyi üçün məğlub olmuşdur). Bizlər... Continue Reading →

Əllərimdə Can Verən Xəstə

Sənə tükənməz bir ümid və göz yaşları ilə baxan birinin həyatını xilas etmək, çox ama çox qəribə bir hissdir. Qızmar bir Avqust gecəsindəyəm. Hava o qədər istidir ki, bu havada nəinki xəstə, heç sağlam insanın da ürəyi asanlıqla tab gətirməz bu istiyə. Reanimasiya şöbəsində 24 saatlıq növbədəyəm bu gün yenə. Kefim elə də yerində deyil;... Continue Reading →

Tariximizi Silirlər?

  İtirmək qorxusu ovucda su tutmaq kimidir. İtirməkdən qorxarsan, qorxduqca itirərsən, bir az daha qorxar və bir az daha itirərsən...   İmtahanlarımı yenicə bitirmiş, tətil üçün bir həftəlik rayona qayıtmışdım. Bu bir həftədə görəcəyim işlərin planını çoxdan cızmışdım artıq, lakin elə ilk gündən bütün planlarımı təxirə salacaq zəng ilə çaldı telefonum.  Zəng Tiflisdən idi. Bir... Continue Reading →

21 İl

Həyat yol kimidir. Mən milyon dəfə bu yoldan keçərkən, trilyon dəfə addımlayarkən, göyə və yerə baxarkən, küçədə gəzərkən, uzaq və qısa məsafələri qət edərkən, ağlayarkən, gülərkən və bunun kimi neçə belə yaşam adiliklərini həyata keçirərkən hər anında yeni bir təcrübə qazandığım, yeni bir şey öyrəndiyim 21 ili arxada qoydum. Yəni, belə baxanda 21 il ərzində... Continue Reading →

Create a website or blog at WordPress.com

Yuxarı ↑