Kişilər, Porno Həyatınızı Məhv Edəcək

Bəylər, gəlin açıq danışaq, adicə orta məktəbdə İnsan kitabında müəllimlərin "Çoxalma" dərsini izah etmədən növbəti dərsə keçdiyi, cinsəlliyib ayıblandığı bir coğrafiyada yaşadığımız üçün aşağı-yuxarı hamınız cinsəlliyi pornolardan tanımağa başladınız. Elə öz ayağınıza gülləni də ilk burada sıxdınız...

Zoru Sevmirəm! Niyə Sevim, Dəliyəmmi Mən?!

Zoru sevmək: Hədəflənən nəticənin zor yoldan əldə edilməsindən həzz almaqdır.“Zoru sevirəm” klişesindən heç xoşum gəlmir. Mənə qalsa: Heç kim zoru sevməz, amma lazım gəldikdə çətinliklərlə mübarizə aparmağın faydalı nəticələr doğurduğunu müşahidə edər.Heç kim zoru sevməz, amma zor işlərin öhdəsindən gələn insanların hörmət gördüyünü müşahidə edər.Heç kim zoru sevməz, amma zor işlərin öhdəsindən gələn insanları daha artıq... Continue Reading →

Mənalı Mahnı Sözləri-Mənasız Mahnı Sözləri; Bizi Dolamayın!

Bu yazını təkcə mahnıda sözlərə önəm verənlər üçün yazdım. Mən deyirəm ki, duyğu yönündən mahnı sözlərini üçə ayıra bilərik, məncə: Hekayəsi olan, hisslərə toxunan mahnı sözləri.Hekayəsi varmış kimi görünməyə çalışan, mənasız mahnı sözləri.Səy-süy mahnı sözləri. Səy-süy olanları heç müzakirə etməyəcəm. Bu yazını yazmaq ehtiyacımın haradan ortaya çıxdığını söyləyim: çox vaxt eşitdiyim mahnı sözlərinə ciddi-ciddi fikir... Continue Reading →

Kreativ Hekayə Yazmağa Haradan Başlamalı?

Əvvəl yazmaq nədir? dedik; niyə yazırıq? dedik; yazdıqlarımız diqqətə dəyər bir şeydir, yoxsa elə ancaq çeynədilmiş söz yığınıdır, deyə özümüzü sorğuladıq; daha sonra kreativliklə yazmağın ahəngini gördük. İndi isə sıra gəldi yazarkən kreativ olmağa, kreativ düşünüb kreativ yazmağa. Bəs bunu necə edəcəyik? Haradan başlayacağıq? - Elə buradan. Bəri başdan qəbul etməli olduğumuz bir şey var:... Continue Reading →

Kitab: Həzz Markası – Çak Palanik

İlk cümlə...hakim, gözünün qabağında Penny hücuma məruz qalarkən belə boş-boş baxmışdı... Sizinlə "Döyüş Kulubu"nun müəllifi Chuck Palahniuk’dən oxuduğum sayca 3-cü kitabına dair düşüncələrimi bölüşəcəm. Hər dəfə fikirləri və hadisələrə fərqli prizmadan yanaşması ilə diqqətimi cəlb etməyi bacaran bu yazar, bu dəfə də gündəlik hadisələrə şişirdilmiş və sorğulayıcı bir baxış bucağı ilə yaxınlaşır və bu sayədə... Continue Reading →

Kreativlik Və Yazmaq

Əvvəlki yazılarımda yazmağın nə olduğundan, niyə yazdığımızdan, haradan başlamalı və nələrə diqqət etməli olduğumuzdan bəhs etdim. Çırmadıq qollarımızı, aldıq əlimizə qələmimizi-klaviaturamızı və başladıq yazmağa. Yazdıq, yazdıq, yazdıq.... bir də nə görsək yaxşıdır?! Sən demə, biz bu qədər vaxtdı elə ancaq çeynənilmiş şeyləri yazırıqmış ki! Vay başımıza gələnlər! Bəs yoxmu buna bir əncam, bir dərman?!Var əlbət;... Continue Reading →

Aldım Əlimə Klaviaturamı Yazıram, Bəs Necə Yazmalı?

Hər insanın həyatında, şüurunda olsun və ya olmasın, bu və ya digər sahədə özünü gələcəkdə yaşadacaq bir cəhdi mütləq bir şəkildə olur. Musiqiçilər yaratdıqları musiqilərdə, rəssamlar rəsmlərində, memarlar tikililərdə, müəllimlər yetişdirdikləri nəsillərdə, kimi insanlar da bəlkə əkdikləri ağaclarda varlıqlarını davam etdirəcəklər. Yazmaq, ölümə meydan oxumağın, gələcəkdə yaşamağın, "dünyaya və gələcəyə paz çalmağın" və bəlkə də... Continue Reading →

Niyə Yazıram?

Heç ağlınızda sual yaranıbmı ki, niyə yazır bu insan? Yazmaq, uşaqlığımdan bu yana qopa bilmədiyim bir çıxış, bir qaçış yolu olub mənim üçün. Uşaqlıqda yaşadığım bir çox şeyin izini hələ də daşıyıram. O zamandan qalan izlər məni təbiətən soyuq biri olaraq formalaşdırdı. Yazmaq – sadəcə yazmaqdan ibarət deyil. Olmamalıdır. Çox dahası var. Yazmaq, var olmaqdır;... Continue Reading →

Create a website or blog at WordPress.com

Yuxarı ↑