Anıtkabir’də Gördüyüm O Cümlə

Küçə lampalarının işığı ilə lopa-lopa yağan qar dənələrinin toqquşmasından ortaya çıxan aydınlıq bir Ankara gecəsi idi (cümləyi belə Dostoyevskivari bəzədiyimə baxmayın, aşağı-yuxarı 7 Yanvar, 2019 gecəsini nəzərdə tuturam). Gürcüstan’dan gələn, uzun zamandır görüşmədiyim yaxın dostum Emin Yadigarov ilə hal-əhval tutub; görüşmədiyimiz bu zaman ərzində nə oxuduq, nə izlədik, nəyi araşdırıb, nəyi təhlil etdik – ortaya qoyaq deyib, Ankara’da gündüzləri səssiz, gecələri isə depresiv abu-havanın hökm sürdüyü bir kafedə oturmaq qərarı aldıq.

Emin, bir yandan artıq bir aydır ki, sərhədindən çıxdığım Gürcüstan’da nələr olub, nələr bitdiyindən danışır (əslində yeni heç nə olmamışdı, bildiyimiz post-sovet ölkəsi Gürcüstandır da), bir yandan da Tbilisi’də izlədiyi Genç Werther’in Acıları tamaşası ilə bağlı təəssüratlarını hiss-həyəcan ilə mənimlə bölüşüb, eyni zamanda mənim də gözlərimdə canlandırırdı (xüsusi ilə də o son səhnəni).

Ankara’ya gəliş səbəbim, buradaykən etdiyim məşğuliyyətlər, qatıldığım seminarlar, yazdığım yazılar və beynimdən keçən şıltaq fikirləri Emin ilə bölüşüb, onun sözünü bal-şəkərlə kəsirdim.

Sanmayın ki, oxuduğumuz kitablar, izlədiyimiz filmlər, qatıldığımız seminar və konfranslar nəzərimizdən qaçmışdı. Yox, bunlardan heç biri. Hər birinin haqqını ayrı-ayrılıqda gözəlcə verdiyimizdən əmin ola bilərsiniz.

Söz sözü gətirər deyiblər (kim deyib, mən də bilmirəm). Elə bu əsnada, keçən ilin Avqust ayında mən yenə Ankara’daykən gördüyüm o cümlənin, hansı ki, bəlkə də bir millətin gələcəyinə yön verib ətrafında müzakirələr etdik.

Təxmini, 2 saatdan bir az daha çox çəkən görüşümüzdən sonra qərara gəldim ki, bəhsi keçən həmin o cümləni sizinlə də bölüşüm:

Ankara, Anıtkabir


İl 2018, aylardan Avqust idi. Simge (həyatımdakı ən möhtəşəm və ən dəyərli insan)​ ilə birlikdə Ankara’nın altından girib, üstündən çıxmağa qərar verib, hər şeyin başlanğıcı Anıtkabir olsun dedik. Hər bir detalını ayrı-ayrılıqda gözdən keçirib, incələyərkən, bir anda koridorun şüşə çərçivələrlə qorunan bir köşəsi ilə qarşılaşdıq.

Bir az yaxınlaşdıqdan sonra bu köşənin nə üçün hazılandığını, arxasında nəyi tutduğunu anlamağımız çox da çətin olmadı. Bəli, bura 2015-ci il Nobel Kimya Mükafatı’nın qalibi Aziz Sancar’ın öz medal və nobel sertifikatını ərmağan etdiyi Anıtkabir’in köşəsi idi.

Sertifikatı nəzərdən keçirərkən, arxada, divara həkk olunmuş bir cümlə diqqətimi çəkmişdi: “Sizi bir qıvılcım olaraq göndəririk, gur alovlar olaraq dönməlisiniz.”

Bəhsi keçən köşə

Geri döndüyüm zaman bu cümlənin tarixi ilə bağlı araşdırma apardım və belə bir yazı ilə qarşılaşdım:


“1923’de, benim İstanbul Üniversitesi’nde talebe bulunduğum sırada bir ilân görüyoruz: “Avrupa’ya talebe gönderilecektir”. Allah! Allah!. Daha Lozan yapılmış ama, tasdik olmamış… Memleket her köşesinden, bucağından kanıyor… Harabe içinde… Yunan tahrip etmiş.. Birinci Cihan Harbi’nin tahribatı devam ediyor… Tam bu sırada lüks gibi gelmesi düşünülebilen bir şey, Avrupa’ya talebe… Gidelim bari kaderimizi deneyelim.. İşte Necip Fazıl, Burhan Ümit’lerle beraber, o yüzelli kişi arasından onbir kişi seçilmişiz.. Nereye gideceğimizi bize sordukları zaman, dedik ki: “Hükümet nereyi isterse!” Bilhassa Atatürk acaba birşey ister mi?. Benim, naçizane adımın kenarına, “Berlin Üniversitesi’ne gitsin” diye yazmış. Artık başka yer hatıra gelebilir mi? Yola çıkacağım. O zaman uçak filan yok… Trene binmek üzere Sirkeci’ye gittim. Bir müvezzi benim adımı “Mahmut Sadi”yi filân arıyor.. Bir telgraf.. Atatürk’ten bir telgraf: “Sizi birer kıvılcım olarak gönderiyorum; alevler olarak geri dönmelisiniz!”. Şimdi gel de haylazlık et, bakalım!” Ord. Prof. Dr. SADİ IRMAK

Və budur, qığılcım olaraq gedənlərdən biri, artıq əllərində gur alovlarla geri döndü.

Mustafa Kemal, bu günü görmüşdü, bu günün arzusunu öz içərisində alovlandırmışdı. Və mən bilirəm ki, onun yolundan adımmladıqca, bu alov sönməyəcək, daha da gurlaşacaqdır!

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a website or blog at WordPress.com

Yuxarı ↑